FHN: Ölkədə yanğın statistikasında artım müşahidə olunur














Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın hadisələrinin artması ilə bağlı məlumat yayıb.

FHN-dən dogruxeber.tv-a verilən məlumatda qeyd edilir ki, yanğınların təhlili göstərir ki, açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda baş vermiş yanğınların statistikasında son zamanlar artım dinamikası müşahidə olunur.

Bəzi hallarda yanğının eyni ünvanda dövrü olaraq təkrarən qeydə alınmasını nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Sözügedən tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, “Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi”nə görə inzibati məsuliyyət nəzərdə tutulub.

Bildirilir ki, yuxarıda qeyd olunan səbəblərdən baş verən yanğın hadisələrinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunur, nəticədə bu işlərə əlavə güc sərf edilir, texnika aşınır, dövlət büdcəsindən külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur.

Yanğın nəzarəti funksiyasını həyata keçirən orqan olaraq mütəmadi olaraq tərəfimizdən yanğın təhlükəli sahələr müəyyən olunur və bu nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər edilir. Hazırda respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir./Trend

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər