Bu şəxslər istifadə edilməmiş məzuniyyətə görə kompensasiya alacaq — RƏSMİ













Ali Məhkəmədə yaradılan Komissiya sabiq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri, onların aparatlarında xidmət etmiş, oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müraciət ünvanlayıb.


dogruxeber.tv-ın xəbərinə görə, müraciət istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişinin həyata keçirilməsi ilə bağlıdır.


Həmin şəxslər Komissiyaya ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsi, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini (şəxsiyyət vəsiqəsi dəyişdirildikdə və ya itirildiyi halda yenisi ilə əvəz edildikdə həmin sənədin surəti) təqdim etməlidirlər.


Həmçinin əmək kitabçasının surəti tələb olunur. Həmin əmək kitabçası notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən təsdiq edilməlidir.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orqanlarının yerli idarə, şöbə və bölmələrindən şəxsi işin xidmət dəftərçəsi əsasında xidmət müddəti, yeri, vəzifəsi, hərbi rütbəsi və verilmiş əmrlər barədə arayış da təqdim edilməlidir.


Vergi Məcəlləsinə əsasən gəlir vergisindən azadolmanı müəyyən edən sənəd və ya sənədlər (olduğu təqdirdə), bank hesabı barədə məlumat da sənədlər arasında olmalıdır.


1994-cü il fevralın 1-dən 2010-ci il iyunun 12-dək həqiqi hərbi xidmətdən buraxılmış və sonradan vəfat etmiş ehtiyatda və istefada olan hərbi qulluqçuların, eləcə də qeyd olunan dövrdə həlak olmuş hərbi qulluqçuların istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyası onların ailə üzvlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.


Ali Məhkəməyə kompensasiyanın ödənişi üçün ayrılmış vəsait cari il üçün nəzərdə tutulub.


Buna görə də kompensasiya almaq hüququ olan şəxslərdən xahiş olunub ki, ki, sənədlərini 1 dekabr 2019-cu il tarixinə qədər Komissiyaya təqdim etsinlər./Demokrat.az

Son xəbərlər

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Özbəkistanda təxminən 19 500 xarici investisiyalı müəssisə qeydiyyata alınıb

Pensiya və sosial müavinətlərə bağlı yenilik

Sumqayıtda evdə meyit tapıldı

Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam

ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi

“Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir

Bütün xəbərlər