Rektor: “Azərbaycanda hər il 400-dək insan həyatına son qoyur”













10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş "Psixi sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar" adlı elmi-praktik konfrans keçirilib.

dogruxeber.tv xəbər verir ki, tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı, UNİCEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin iştirak ediblər.

Tədbirdə çıxışında ATU-nun rektoru G. Gəraybəyli bildirib ki, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur. Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir: "Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur. Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var. İntihar hallarının səbəbləri müxtəlifdir. Əsas diqqət intihar hallarının profilaktikasına, o cümlədən, intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə bütün müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumları öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalıdır”.

Rektor bildirib ki, müasir texnoloji dövrdə uşaqların psixi sağlamlığını qorumaq məqsədilə onları zərərli məlumatlardan müdafiə etmək lazımdır. Bununla yanaşı, ailədə və ailədənkənar yerlərdə uşaqlara qarşı şiddət aradan qaldırılmalıdır: “İş yerlərində əməkdaşların psixi sağlamlığının yaxşılaşdırılması, gərginliyin, stressin azaldılması, psixi sağlamlıqda problemi olan əməkdaşların erkən aşkarlanması və onlara yardım edilməsi zəruridir. Eyni zamanda psixi pozuntuları, o cümlədən, psixoloji problemləri olan vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunması, onların müvafiq dərman preparatları ilə təmin edilməsi, əlbəttə, diqqət mərkəzində olmalıdır. Azərbaycanda da bu məsələlərə mühüm diqqət yetirilir”./APA

Oxunub: 655

Son xəbərlər

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Odessaya kütləvi dron hücumu nəticəsində 2 nəfər ölüb, 14 yaralı var

Bütün xəbərlər