NOVO NORDİSK AZƏRBAYCANDA KEÇİRİLƏN ÜMUMDÜNYA HEMOFİLİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ “CHANGİNG HEMOPHİLİA®” LAYİHƏSİNƏ START VERDİ






Azərbaycan dövləti hemofiliyalı pasiyentlərə, nəinki ödənişsiz dərman vasitələri ilə təmin etməklə, həmçinin sağlam həyat tərzi və həyat keyfiyyətinin yüksəldilməsini dəstəkləməklə yüksək qayğı göstərir. “Novo Nordisk” şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə “Changing Haemophilia®” layihəsini başlatdığı 17 aprel tarixində keçirilən və millət vəkilləri, Səhiyyə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, Hemofiliya Mərkəzi və səhiyyə işçiləri, Hemofiliyalı Pasiyentlərin Respublika Assosiasiyası və hemofiliyalı şəxslərin də iştirak etdiyi Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbirdə bu məsələ işıqlandırılıb.
Dünya miqyaslı dərman istehsalçısı olan “Novo Nordisk” A/S RIO şirkətinin Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Araş Nosrati Heravi tədbirdəki çıxışında şirkətin hemofiliya ilə bağlı icra etdiyi layihələrdən söz açıb. O, qeyd edib ki, “Novo Nordisk” şirkəti apardığı son kliniki tədqiqatlar və novator araşdırmaları nəticəsində yeni nəsil hemofiliya preparatları ixtira edib. Səhiyyə Nazirliyi və Novo Nordisk şirkətinin əməkdaşlığı nəticəsində bu dərmanların ölkəyə gətirilməsi və pasiyentlər tərəfindən istifadə olunması mümkün olmuşdur.
“Dərman təminatı bu pasiyentlər üçün yeganə ehtiyac deyil. Biz ümidvarıq ki, bütün müvafiq yerli və beynəlxalq qurumların əməkdaşlığı üçün “Changing Hemophilia®” layihəsi bir platforma kimi işləyəcəkdir”, deyə “Novo Nordisk” A/S RIO şirkətinin Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Araş Nosrati Heravi bildirib.
Naxçıvanda yeni Hemofiliya Mərkəzinin yaradılması və Bakı, Şirvan və Naxçıvanda yeni fizioterapiya mərkəzlərinin əsasının qoyulması hemofiliyalı pasiyentlərə kömək və fizioterapiya xidmətinin yaxşılaşdırılması məqsədilə, “Novo Nordisk” şirkətinin müstəqil təşkilatı olan Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə həyata keçirilən layihələrdir.
“Səhiyyə Nazirliyi hal-hazırda nəinki hemofiliyalı pasiyentləri prioritet hesab edir, həmçinin diaqnostikanın yaxşılaşdırılması, oynaq sağlamlığına nəzarət və gələcəkdə yeni müalicə növlərinin əlçatan olmasına diqqəti yönəltmişdir”, deyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Anar İsrafilov verilən suala cavabında bildirib`
Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova ölkəyə müasir dərman preparatlarının gətirildiyinə görə Səhiyyə Nazirliyinə təşəkkürünü bildirərək, bunun pasiyentlərə olunan müalicədə verdiyi nətiəcələr haqqında məlumat verdi.
Tədbirin sonunda, səhiyyə orqanlarının, millət vəkilləri və hemofiliya mütəxəssislərinin iştirakı ilə keçirilən panel müzakirəsindən sonra hemofiliyaya daha yaxşı nəzarət üçün müəyyən planlar hazırlandı və gələn il keçiriləcək tədbirdə nəticələrin hesabatının verilməsi barədə bütün tərəflər razılığa gəldi.
95 ildən artıq tarixi olan Danimarka şirkəti “Novo Nordisk” şəkərli diabetin və hemofiliyanın müalicəsi üçün dərmanların hazırlanması və istehsalında dünya lideridir. Şirkətin qərargahı Danimarkada yerləşir. Təşkilatın dünya üzrə 80 filialında 43 mindən çox əməkdaş çalışır və Azərbaycanda 19 ildən artıqdır ki, fəaliyyət göstərir.

Oxunub: 1 028

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər