hadise
25.10.2019, 16:27
Buzovnada qadın piyadanı vurub xəstəxanalıq edən sürücü saxlanılıb

Oktyabrın 24-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurulub və o, xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.
Araşdırma aparılır./Trend


