idman
26.10.2019, 13:26
Karate millimizdən 4 medal

Karate üzrə XI dünya çempionatı davam edir.
“dogruxeber.tv” xəbər verir ki, Çilinin paytaxtı Santyaqo şəhərində keçirilən yarışda Azərbaycanı təmsil edən 16-18 yaşlı gənclər milli komandası 4 medal qazanıblar.
Hüseyn Məmmədli (-61 kq) gümüş, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medal sahibi olublar.
Qeyd edək ki, yarışın 4-cü günündə - bu gün daha 2 təmsilçimiz şanslarını sınayacaq. 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) medal uğurunda çıxış edəcəklər./Yenisabah


