Bərdədə yeniyetmənin alçaldılaraq videoya çəkilməsi ilə bağlı araşdırma başladı













Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü ilə bağlı araşdırmalara başlayıb.
“dogruxeber.tv” xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq şöbəsində araşdırmalar aparılır və bu faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdiriləcək: “Ümumiyyətlə, cəmiyyətdə uşaqların zorakılığa məruz qalmasına qarşı tədbirlər görülməlidir. Əgər uşaq valideynləri, qohumları və yaxud da hər hansı digər şəxs və ya şəxslər tərəfindən zorakılığa məruz qalırsa, bu zaman tədbir görülməlidir. Günahkar şəxslər isə məsuliyyətə cəlb olunmalıdır. Biz bu cür hallarla rastlaşdıqda monitorinq komissiyaları vasitəsilə arayışlar hazırlanır və daha sonra araşdırmalar aparılır. Hadisəni törədən şəxslər isə cinayət məsuliyyətinə cəlb olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə və mətbuatda Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü yayılıb. Görüntülərdə yeniyetmə təhqir olunaraq alçaldılır və fiziki zorakılığa məruz qalır.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər