“Problem varsa, deməli BNA işləri düzgün aparmayıb”












Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev tərəfindən səsləndirilən tənqidə cavab verib.



A. Nəcəfli iş görülən yerdə tənqidin olmasının normal olduğunu vurğulayıb: “Konkret bu məsələdə nə üçün Bakı Nəqliyyat Agentliyinin belə deməsini başa düşmürəm. Amma birbaşa olaraq Bakı Nəqliyyat Agentliyi yollarda aparılan hər hansı təmir-tikinti işlərinə nəzarət edən qurumlardan biridir. Həmin qurumun nizamnaməsində birbaşa yazılıb ki, yollarda hərəkətin təşkili və təhlükəsizliyi onların səlahiyyətində olan məsələlərdən biridir. Yəni əgər hər hansı bir yolda hərəkətin təhlükəsizliyində problem varsa, deməli, həmin qurumun işləri düzgün aparmaması nəticəsində bu baş verib. Məzahir Rüstəmov küçəsində bizim agentlik tərəfindən təmir işləri aparılır. Amma təmir işləri aparılmamışdan əvvəl aidiyyatı qurumlara məlumat verilir. Hazırda həmin küçədə kommunikasiya işlərinin dəyişdirilməsi prosesi gedir. Bizim agentlik tərəfindən sadəcə yol kənarında olan səki daşlarının yenilənməsi və bərpası işləri həyata keçirilir. Biz yolun hərəkət hissəsində hər hansı iş aparmırıq. O cümlədən, “20-ci sahə” adlandırılan əraziyə gedən yolda da biz heç bir təmir işi aparmırıq. Kommunikasiya xərclərinin dəyişdirilməsi prosesindən sonra bizim tərəfimizdən bərpa işləri görüləcək.



Bundan əlavə, hər hansı təmir işləri aparılarkən tərtib olunmuş qrafik olur. İşlər həmin qrafik əsasında həyata keçirilir. Bütün hərəkət iştirakçılarının təhlükəsizliyi nəzərə alınır. Təmir işini apararkən hər hansı bir yerdə hərəkəti iflic etmək kimi niyyətimiz yoxdur. Konkret olaraq Məzahir Rüstəmov küçəsində qazıntı işlərinin aparılması, ondan sonra yaranan problemlər həmin qazıntı işlərini aparan qurumun məsuliyyətindədir”.



Qeyd edək ki, M. Ağayev Bakı Nəqliyyat Agentliyi olaraq paytaxt yollarında aparılan təmir işlərinin gec yekunlaşmasından narazılığını ifadə edib. (Qafqazinfo)


Oxunub: 721

Son xəbərlər

Bu gündən avroya keçdilər

Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq

Bu avtomobillərin satışının ƏDV-dən azad olunması üçün şərt müəyyənləşdi

Atmosferdə karbon qazının artması okeanların turşulaşmasına səbəb olur

Süni zəka təbiət elmlərində tədqiqat metodlarını köklü şəkildə dəyişdirir

Aygün Əliyevanın təkbaşına idarəçiliyinə son qoyuldu -TƏFSİLAT

“Mərcan Broyler”də zəhərlənmə -Video

Kadırov gizlicə xəstəxanaya yerləşdirildi – “Ümid demək olar ki, yoxdur”

Nazirlik avtomobillərin nizamsız parklanması ilə bağlı müraciət etdi

Aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı artırıldı

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək

Günəş partlayışları Yer üzündə texnoloji sistemlər üçün real təhlükə yaradır

Naxçıvanda yeni vergi güzəştləri tətbiq ediləcək - Bu gündən

Maqnit fırtınası gözlənilir

Bu sektorda çalışanlardan yeni qaydada gəlir vergisi tutulacaq

Bu peşə sahibləri üçün sosial sığorta haqqı dəyişidi

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabər olacaq

Yaşayış minimumu və ehtiyac meyarı artdı

Nyu-York şəhərinin yeni meri Qurana and içəcək

""Kim güclüdür, o da haqlıdır" prinsipini əsas prinsip kimi qəbul ediblər" - Prezident

Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb

​​​​​​​Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirildi

Bu qan qrupuna aid olanlar çox yaşayır

Yeni ildən bu cərimələr artacaq - VİDEO

Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov

ABŞ Putinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq

"Şəhərin mərkəzi küçələrinin hamısı palçığın içindədir" - VİDEO

Gələn ilin aprelindən quru sərhədlər AÇILA BİLƏR

Yollar buz bağlayacaq - Xəbərdarlıq

Bütün xəbərlər