DİN: Bu il Azərbaycanda 1 ton 74 kiloqram narkotik dövriyyədən çıxarılıb















Bu ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən müxtəlif adda 1 ton 74 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "dogruxeber.tv"a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.

Növbəti belə tədbir paytaxtın Maştağa qəsəbəsində həyata keçirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qəsəbə sakini Cahangir Hüseynov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman oradan ümumi çəkisi 7 kiloqram 400 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və bir müddət əvvəl həyətində əkdiyini, xüsusi qulluq edərək yetişdirəndən sonra qurutduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunub ki, cari ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən ümumilikdə müxtəlif adda 1 ton 74 kq. narkotik vasitə çıxarılıb. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 114 kiloqram çoxdur. Həmin narkotik vasitələrin 664 kiloqramı qurudulmuş marixuana, 127 kiloqramı heroin, 168 kiloqramı tiryək, 11 kiloqramdan artığı isə psixotrop maddələr olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və alqı-satqısına qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək./Report

Son xəbərlər

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

Bütün xəbərlər