hadise
7.11.2019, 16:04
Yasamalda 10 minlik seyf oğurlandı

Yasamal rayonu ərazisində oğurluq olub.
“dogruxeber.tv” xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyf oğurlanıb.
Bunu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıb./Yenisabah


