Bakıda doğulan qorxunc körpə ilə bağlı baş ginekoloqdan açıqlama: “Həkim cinayət edib”










Xəbər verdiyimiz kimi, Bakıda ötən həftə anormal, görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir. Amma körpənin ürəyi, ağciyərləri normal fəaliyyət göstərir.



Bu hadisə barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yaymayıb.



Məsələ ilə bağlı Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Medicina.az-a açıqlamasında bildirib ki, baş mama-ginekoloq olaraq bu anormal körpəni görməyib, ana ilə bağlı araşdırma apara bilməyib:



"Çünki bu hadisə özəl klinikada baş verib, ora isə icazəsiz bizim müdaxilə etməyimizə ixtiyarımız yoxdur. Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görməyib, dəvət etməyiblər. Bizi həmin özəl klinika çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub, yığışın gəlin, görək nədir, nə etməliyik”.



Sevinc Məmmədova deyib ki, belə anomaliyalar nadir olsa da, tibbdərast gəlinir: "Azərbaycanda ginekoloji təcrübədə bir gözü olan təpəgöz uşaq, beyni olmayan uşaq, başı normal inkişaf etməyən körpələr doğulub.



Bu anomaliya hamiləliyin III ayında USM müayinəsi zamanı aşkar olunmalı və abort olunmalıdır.



Həmin hamilə qadın özəldə doğuş etdiyi üçün görünür, çox imkansız da olmayıb. Çox güman ki, onun elə hamiləliyi də, USM müayinələri də hansısa özəl xəstəxana və ginekoloq tərəfindən aparılıb.



Doğuşa qədər bunun aşkarlanmaması cinayətdir. Ailə bu faktı vaxtında aşkarlamayan həmin USM mütəxəssisindən və ginekoloqdan şikayət edə bilər. Amma göründüyü kimi, nə hamiləliyi aparan həkimin adı açıqlanır, nə də doğumun olduğu özəl klinikanın adı. Çünki bu, onların imicinə zərərdir, antireklamdır, sabah xəstələr qorxub ora getməzlər”.



Həkim onu da vurğulayıb ki, Sankt Peterburqda hələ I Pyotrun dövründən muzey kimi yaradılmış kunskamera var ki, orda belə anomal doğulmuş körpələr eksponat kimi saxlanılır.



Bəs valideynlərin istəyi ilə körpənin həyatına son qoyula bilərmi?



Həkim buna qanunun icazə vermədiyini söyləyib:



"Azərbaycanda evtanaziyaya icazə yoxdur. Körpənin ürək fəaliyyəti varsa, nə qədər yaşaya bilərsə yaşamalıdır. Ata-ana imtina etsə də, xəstəxana tərəfindən və ya dövlətə müraciət olunarsa, o uşaq nəzarətə alınmalıdır. Heç bir həkim süni olaraq, hansısa iynəni vurub, onun ürəyinin fəaliyyətini dayandıra bilməz. Bu cinayətdir”.

Son xəbərlər

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Bütün xəbərlər