gundem
13.11.2019, 16:12
Bakıya yeni atraksionlar gətiriləcək

Dənizkənarı Bulvar ərazisində yeni atraksionlar quraşdırılacaq.
Bu barədə dogruxeber.tv-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək:
"Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları Bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olacaqları və hansı ölkədən gələcəyi barədə detallar atraksionlar gətiriləndən sonra ictimaiyyətə bildiriləcək"./Trend


