Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar? - Bunun üçün...





Prezident İlham Əliyevin vətəndaşlara müraciəti gündəmin əsas müzakirə mövzularından biridir.

dogruxeber.tv xatırladır ki, Prezident yeni təyin etdiyi icra başçılarını qəbul edərkən vətəndaşlara xitabən bildirib: "Əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin".

Prezidentin bu çağırışından sonra sosial şəbəkə istifadəçiləri prezidentə müraciət etmək, xəbər vermək üçün müxtəlif suallar səsləndiriblər. Bəs məmurların qanunsuz əməllərinin şahidi olan vətəndaşlar bu barədə ölkə başçısına necə məlumat verməlidir? Bunun bir neçə yolu var.

1. Məktub və teleqram vasitəsilə. Fəqət, bəzən vətəndaşlar bu üsuldan istifadə edərkən uğurlu nəticə əldə bilmirlər. Ona gör yox ki, vətəndaşların göndərdiyi məktub və teleqramlar oxunmur. Ona görə ki, yerli rəhbərlər poçtları nəzarətdə saxlayır və Prezidentə göndərilən şikayət dolu məktub və teleqramların qarşısını elə oradaca alırlar. Bu barədə mətbuatda da dəfələrlə yazılıb. Lakin bundan çıxış yolub var. Yaxşı olar ki, vətəndaşlar məktub və teleqramları xəbərnamə ilə göndərsinlər. Xəbərnamə göndərilən məktub və teleqramların ünvana çatdığını təsdiq edən sənəddir. Əgər vətəndaşa xəbərnamə gəlməyibsə, bu o deməkdir göndərdiyi məktub və teleqramlar ünvana çatmayıb.

2. Prezidentin rəsmi saytı: Prezidentə müraciət etmək, məlumat vermək üçün başqa bir yol isə president.az saytı vasitəsilə ölkə başçısına məktub yazmaqdır. Bunun üçün president.az saytının "müraciətlər” bölümünə daxil olub orada "Prezidentə məktub yazmaq” düyməsinə tıklamaq lazımdır.

Qeyd edək president.az saytı vasitəsilə ölkə başçısına göndərilən məktublara adətən reaksiya verilir.

3. Sosial media hesabı: Üçüncü yol isə ölkə Prezidenti İlham Əliyevin sosial şəbəkədə olan hesablarının mesaj bölməsinə yazmaqdır. Prezidentin sosial media hesabları kifayət qədər aktivdir və burada yazılan əsaslı müraciətlərə reaksiya verilir.

4. Başqa bir yol isə mətbuatdır. Vətəndaşlar hansısa məmurun qanunsuz əməlləri ilə üzələşərsə, çəkinmədən mətbuat vasitəsilə ölkə başçısına müraciət edib baş verənləri onun diqqətinə çatdıra bilərlər. Prezident özü müsahibə və çıxışlarında dəfələrlə medianı izlədiyini bildirib./Yenisabah.az

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər