İrandan azərbaycanlı qıza 7 il həbs və 74 şallaq cəzası










Ali Məhkəmə, birinci və apellyasiya instansiyası məhkəmələrinin zəncanlı öyrənci barəsində çıxardığı ağır həbs və şallaq hökmünü olduğu kimi qüvvədə saxlayıb.
İran Ali Məhkəməsinin 11-ci şöbəsi noyabrın 16-da güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfii barəsində hökm çıxarıb.
Bu barədə Pərisa Rəfiinin anası Twitter səhifəsində məlumat paylaşıb.
Bildirilir ki, İslam Cəza Qanununun 134-cü maddəsinə əsasən (Əşədd-i mücazat) azərbaycanlı gənc qız barəsində verilən həbs cəzasının 5 ili icra olunacaq.
Pərisa Rəfii bundan əvvəl birinci instansiya məhkəməsində 7 il həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Bundan əlavə, məhkəmə öyrəncinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum edib.
Fəalın vəkili Səid Xəlili sentyabrın 25-də İnstaqram səhifəsində öyrəncinin məhkəmə işi barədə yazmışdır ki, birinci instansiya məhkəməsinin hökmü bütün iradlara baxmayaraq Apellyasiya Məhkəməsində təsdiqlənib.
22 yaşlı öyrənci Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək”, “sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai nizam-intizamı pozmaq” kimi qondarma ittihamlarla üzləşib. O qeyd edilən ittihamlara görə toplam olaraq 7 il həbs cəzasına məhkum edilmişdir.
Zəncanlı öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılmışdır. O 23 gün təknəfərlik kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Azərbaycanlı qız saxlandığı müddətdə “bakirəlik testi” və edam edilmə ilə təhdid edilib, ağır cismi və ruhi işgəncələrə məruz qalıb.
Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetində mədəni və qanuni fəaliyətlərlə məşğul olub. (GünAz TV)

Son xəbərlər

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Nyu-Cersidə miqrant mərkəzi ətrafında məhdudiyyətlər genişləndirilib

Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi

Bu marşrutun bütün avtobusları yenilənir

Myanmanın şimal-şərqində partlayıcı maddə anbarında partlayış nəticəsində onlarla insan həlak olub

Maşın alıb-satanlara bazardan SON XƏBƏR

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

"Makedon" vəfat etdi

Yol Polisindən müraciət

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi

“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı

Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Sabahdan gömrük bağlamalarını bəyan etməyin qaydası dəyişir

Pezeşkian İrandakı son durumdan danışdı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Tramp İrana daha sərt şərtlər irəli sürdü

KİV: Xərçəng əleyhinə vaksinin sınaqları görünməmiş nəticələr göstərib

Əlcəzair Azərbaycanla strateji enerji əməkdaşlığı müqaviləsini ratifikasiya edib

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Bütün xəbərlər