dunya
19.11.2019, 10:28
İstanbulda mebel fabriki yanır - Ölən və yaralananlar var

İstanbulun Kartal rayonunda yanğın baş verib. dogruxeber.tv-ın məlumatına görə, yanğın mebel fabrikində başlayıb.
İlkin məlumata görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 5 nəfər tüstüdən zəhərlənib.
Hazırda hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil./Trend


