dunya
20.11.2019, 15:31
Türkiyədə ABŞ konsulluğunun 2 əməkdaşı saxlanıldı

Türkiyənin Adana vilayətində ABŞ konsulluğunun 2 əməkdaşı saxlanılıb. dogruxeber.tv-ın məlumatına görə, saxlanılan hər iki şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.
Adları açıqlanmayan şəxslərin saxlanması səbəbi olaraq isə onların sosial şəbəkədə islami dəyərləri ələ salan videosujetlər yayması göstərilir.
Hadisə ilə bağlı başqa detallar hələ açıqlanmır./Trend.az


