dunya
9.04.2018, 05:10
Türkiyədə 84 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 84 qanunsuz miqrant saxlanılıb.
dogruxeber.tv-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, miqrantlar Madra çayı sahilində qayığa minərkən saxlanılıb.
Miqrantlar arasında 39 Əfqanıstan vətəndaşı, 6 iraqlı və 39 suriyalının olduğu bildirilir.


