“Qızın kişi kimi davranması cinsi tərbiyəyə təsir edə bilər” – Elçin Əlibəyli














“Amerikanın animasiya qəhrəmanları jestin dili ilə daha iti və adi danışırlar, nəinki adi mətnlə. Onların mətni adi, mənasız və söz oyunundan başqa bir şey deyil. Bu jestlərdə erotik duruşlar, qaynar baxışlar, uzun-uzadı öpüşlər, uşağa xas olmayan qucaqlaşmalar, eyni zamanda, qəzəb, hiddət və nifrət başlıca yer tutur. Uşaq ekrandakı qəhrəmanı sevir, özünü ona oxşadır, bütün hərəkət və davranışlarını ona uyğun qurur. Bir çox cizgi filmlərində qadınların kişiyəbənzər verilməsi uşaqlarda cinsi fərqi aradan götürə və onların seksual tərbiyəsinə fərqli yönləndirmələr gətirə bilər”.



dogruxeber.tv xəbər verir ki, bu fikirləri teleaparıcı Elçin Əlibəyli müəllifi olduğu “Televiziya nəzəriyyəsinin əsasları” kitabında yazıb.



O, hesab edib ki, cizgi filimlərdə bəzən qızın incəliyini itirib kişi kimi davranması, bəzən isə əsl supermenə çevrilməsi cinsi tərbiyəyə ciddi təsir edə bilər:



““Şrek” cizgi filmində gözəl qadın görkəmində əyləncə naminə cinayətə hazır qadın obrazı təqdim olunur. Fionanın nəğmə oxuduğu səhnəni xatırlayarkən ona qoşulan quşun oxuyub ürəyinin parlaması, nəticədə yuvada olan yumurtaların yiyəsiz qalması və qəhrəmanın onları qayğanaq kimi görməsi gözəl bir qətlin təsviridir.



Filmin yaradıcıları bu səhnəni nəğmə və gülüş sədaları ilə təqdim etsələr də, hadisə öz mahiyyətini, cinayət öz simasını itirmir. Əksinə, uşağı güləgülə, nəğmə ilə qəddara, caniyə çevirə bilir. Törətdiyi əmələ görə cəzanın çəkilməməsi, vicdan əzabının olmaması daha təhlükəli görünür və yuxarıda söylənən hissləri daha da dərinləşdirir.

Bu cizgi filmində on saniyə ərzində gah Şrek, gah da sevgilisi qurbağanı üfürüb, ilanı dolayıb öldürürlər.

Bu zarafatla təqdim edilən qəddarlığın onu seyr edən uşağın alt şüurunda yuva quraraq onun gələcək hərəkətlərini, həyata münasibətini müəyyənləşdirəcəyinə heç bir şübhəmiz yoxdur”.

Oxunub: 911

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər