idman
3.12.2019, 15:18
Bu dəfə Fransaya rəqib olduq

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb.
“dogruxeber.tv” xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda Fransa, Yunanıstan və Moldova komandaları ilə birgə mübarizə aparacaq.
Bu qrupun oyunları 2020-ci il oktyabrın 7-də, 10-da və 13-də Moldovoda keçiriləcək./Yenisabah


