Bakıda bu binanın tikintisi dayandırıldı – Vətəndaşlar evsiz qaldı – VİDEO









Pul ödəyib bünövrəsi qazılan binadan mənzil alan vətəndaşlar gözləmədikləri halla qarşılaşıb. Binanın tikintisi “Bakı Metropoliteni” QSC tərəfindən dayandırılıb.

Bildirilib ki, həmin ərazi “Bakı Metropoliteni”nə aiddir və strateji əhəmiyyət daşıyır. Tikinti şirkəti isə deyir ki, bütün sənədləri qaydasında olub. Həmçinin bir neçə il əvvəl tikinti ilə bağlı “Bakı Metropoliteni” QSC-nin razılığı da alınıb. Nəticə etibarilə dövlət qurumu ilə tikinti şirkəti arasında yaranan problem vətəndaşları evsiz qoyub.

Bina tikintisi üçün ayrılan yer “Bakı Metropoliteni” QSC tərəfindən hasara alınıb və tikinti aparılmasına qadağa qoyulub. 40-dan artıq vətəndaş isə tikiləcək mənzillərindən olublar. Söhbət Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişdiyi hissədən gedir. Sözügedən ərazi 1995-ci ildən “Mehri” MTK-ya məxsus olub. Şirkət ərazidə bünövrə qazıb və bina tikintisinə başlayıb. Həmçinin binanın mənzillərinin satışı da aparılıb. 40-dan artıq vətəndaşa tikiləcək binadan mənzillər satılıb.

Ancaq çox keçməyib ki, ərazidəki tikinti “Bakı Metropoliteni” QSC tərəfindən dayandırılıb. Bildirilib ki, bura “Bakı Metropoliteni” QSC-nin balansındadır və ərazidə bina tikmək olmaz.
Tikinti aparan “Mehri” MTK-dan isə bildirilir ki, onların bütün sənədləri qaydasında olub. Bu sənədlər əsasında ümumilikdə 1,5 milyon dollar dəyərində mənzil satışı həyata keçirilib.
Sakinlər isə tikintinin davam etdirilməsini istəyirlər.
Problemə “Bakı Metropoliteni” QSC münasibət bildirib. Qeyd edilib ki, həmin ərazi strateji yerdir və buna görə də bina tikmək mümkün deyil. Bildirilib ki, ərazi 1979-cu ildə “Bakı Metropoliteni”nə verilib.
“Mehri” MTK-ya verilən bütün icazə sərəncamları isə ləğv edilib və yenidən qurumun tabeliyinə keçirilib. Ancaq sənədlər məxfi olduğu üçün onlar təqdim edilmədi. Qurum problemin həlli üçün çıxış yolu da təklif edir. Sakinlərin isə tək istəyi problemlərinin həll edilməsidir. Onlar başqa ərazidən də torpaq ayrılmasına razıdırlar.

Son xəbərlər

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Bütün xəbərlər