Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDI












"İnsan kapitalının səmərəli istifadə olunması, əməkdaşların potensialının üzə çıxarılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı dövlət qulluğunda islahatların aparılması prosesində mövcud olan aktual məsələlərdir".



dogruxeber.tv xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.



DİM sədri bildirib ki, dövlət idarəetmə sistemində aparılan struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir. M.Abbaszadə qeyd edib ki, müasir dövrdə bacarıq və kvalifikasiya anlayışları kompetensiyaların (səriştələrin) qiymətləndirilməsi konsepsiyası ilə əvəzlənir:



"Kompetensiya əsasında qiymətləndirmənin tətbiqi dövlət qulluğunda seçimi və qiymətləndirməni daha da gücləndirir, nəticə etibarilə idarəetmənin şəffaflığını və səmərəliyini təmin edir".



O vurğulayıb ki, bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib, hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır.
/Demokrat.az


"Eyni zamanda, özəl sektor tərəfindən kompetensiyalar modelinin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin də vacibliyini qeyd etmək istəyirəm. Belə təcrübənin öyrənilməsi və sonra müvafiq modellərin tətbiqi dövlət qulluğuna namizədlərin seçimini daha da çevik və səmərəli edəcək. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi mövcud problemləri, çağırışları, dövlət qulluğu sahəsində region ölkələrinin müsbət təcrübəsini öyrənməyə, eləcə də kompetensiya modelinin Azərbaycanda uğurlu tətbiqi üçün mümkün həll yollarının birgə müzakirəsinə imkan yaradır",- Məleykə Abbaszadə əlavə edib.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər