Təhsil şöbəsinin keçmiş işçisi icra başçısının təhdidlərinə görə intihar etdi - Fotolar










Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kəndindən məcburi köçkün Müqabil Baxışov Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil şöbəsinin müdiri Nicat Həsənovun təhdidləri ilə üzləşdikdən sonra özünü asıb

Bu haqda mərhumun qardaşı Yusif Baxışov məlumat verib. Y. Baxışov iddia edib ki, qardaşı uzun müddətdir işləmək üçün müxtəlif strukturlara müraciət edib, həmçinin icra başçısını, eləcə də təhsil şöbəsini dəfələrlə sosial şəbəkələrdəki səhifələrdə tənqid edib.

Reyting.az-ın Virtualaz.org-a istinadla verdiyi məlumata görə, Yusif Baxışov deyib ki, qardaşının müxtəlif instansiyalara müraciətlərinə baxmayaraq onu işə götürməyiblər: “Səbəb bu idi ki, son vaxtlar Laçın rayonunun icra başçısı Aqil Nəzərlini sosial şəbəkələrdə fəal şəkildə tənqid edirdi. Qardaşım Aqil Nəzərlinin heç vaxt orduda xidmət etmədiyini və saxta diploma sahib olduğunu yazırdı”.

Qardaşının dediyinə görə, Müqabil Baxışov məktub yazaraq ona təhdidlər olduğu üçün intihar edəcəyini bildirib. Həmçinin məktubunda onun intiharına səbəb olanların cəzalandırılmasını istəyib. Y. Baxışov deyib ki, 7 qardaşdılar və ailələri təhlükədədir.

Təhsil şöbəsinin keçmiş işçisi icra başçısının təhdidlərinə görə intihar etdi - Fotolar














Müqabil Baxışov

Bildirilir ki, Müqabil Baxışov Laçın rayonunun bundan əvvəlki icra başçısını da sosial şəbəkələrdə tənqid edib. Bir müddət əvvəl - 2016-cı ilin payızında M. Baxışov sosial şəbəkədə özünü PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi təqdim etmişdi. O, PKK bayrağı ilə şəkil çəkərək sosial şəbəkələrdə paylaşmışdı. M. Baxışovun həmin vaxt Laçın Rayon Təhsil Şöbəsində işlədiyi bildirilirdi. Lakin Təhsil şöbəsi Baxışovun 2014-cü ildə işdə yol verdiyi nöqsanlara görə işdən çıxarıldığını açıqlamışdı.

Bundan sonra Baxışov 2016-cı ilin noyabrında saxlanılıb. Daxili İşlər Nazirliyinin həmin ərəfədə yaydığı məlumatda deyilirdi ki, Baxışov ayrı-ayrı vaxtlarda Laçın rayonunun 4 sakininin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əmlakını ələ keçirib. Və həmin şəxslərə ailə üzvlərini işə düzəltməyi vəd etməklə 4 min manata yaxın ziyan vurub. Onun barəsində 2 ay 19 günlük həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl isə M. Baxışov 2012-ci ilin oktyabrında xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin barəsində 1 il 6 müddətinə şərti sınaq müddəti olmaqla cəzası dəyişdirilib.

M. Baxışov sonuncu dəfə dünən, dekabrın 6-da səhər saat 08.19-da özünün “Facebook” səhifəsində paylaşım edib. Bundan başqa, o, Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Bayram oğlu Həsənovla bağlı paylaşım edərək yazıb:

“Məşhur Nicat müəllim cavan oğlan imiş ki. Əvvəla onu deyim ki, bu insan kimdirsə, bu şəxsə çox da yazı, şikayət-filan fərq etmir. İlin-günün bərk vaxtında hər təhsil şöbəsi müqavilə ilə müəllim götürə bilməyəndə Nicat müəllim götürürdü… Həmişə maraqlıdır ki, niyə bacaran yoxdur görəsən? İşləməyi haqqında danışmağa belə dəyməz”.

Təhsil şöbəsinin keçmiş işçisi icra başçısının təhdidlərinə görə intihar etdi - Fotolar











O da məlum olur ki, Baxışov tez-tez canlı yayım edərək, Laçın rayonunda baş verənlərlə bağlı danışıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, intihar hadisəsi ilə bağlı Təcili Tibbi Yardıma müraciət daxil olmayıb.(Virtualaz.org)

Reyting.az Laçın Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.







Təhsil şöbəsinin keçmiş işçisi icra başçısının təhdidlərinə görə intihar etdi - Fotolar

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər