gundem
11.12.2019, 15:27
Bərdədə evdə partlayış: xəsarət alan var

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobasında yanğınla nəticələnən partlama baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Yeni Sabah"a verilən məlumata görə, yanğın nəticəsində ətrafa dağılan yanacaq və otağın tavanı qismən yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


