İranda vəziyyət yenidən GƏRGİNLƏŞƏ BİLƏR: Azərbaycan bu prosesdə...





İrana qarşı tətbiq olunan sanksiyalar fevralda keçiriləcək seçkilərdə bu ölkənin parlamentində islahatçıların məğlub olmasına gətirə bilər.

DoğruXəbər.az Redaktor.az-a istinadən xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə İranda baş verən proseslərin gələcək parlament seçkilərinə təsirlərinə münasibət bildirib.



Politoloq hesab edir ki, SEPAH və digər əlahiddə hərbi təyinatlı qruplar birbaşa Ruhani hökumətinin əleyhinədir:

"Onların hazırda əsas məqsədi Ruhanini istefaya göndərib, həbs etməklə ağır iqtisadi durumu onun administrasiyasının üzərinə yıxmaqdır. Amma, İran xalqı bu ağır iqtisadi vəziyyəti Ruhanidə deyil, bütövlükdə sistemdə görür. Mötədil Ruhani administrasiyasının növbəti dəfə hakimiyyətdə qalmaq şansı yoxdur. Ölkədə növbəti seçkilərdə mühafizəkarların hakimiyyətə gəlməsi mümkündür. Mühafizəkarların yenidən hakimiyyəti isə, Qərb-İran qarşıdurmasının pik nöqtəsi olar. Əgər, mühafizəkarlar qələbə çalarsa, ölkədə siyasi böhran dərinləşər və əhalinin kütləvi şəkildə ayaqlanmasının növbəti mərhələsinin başlanması qaçılmaz olar”.

Politoloq qeyd edib ki, İran siyasi elitası daxilində ciddi qarşıdurma yaşanır:

"Bu problemdən çıxmaq üçün qurban axtarılır. İqtisadiyyatın tənəzzülü, sanksiyaların ağırlaşdırılması rəsmi Tehranın güzəştə getməsinə səbəb olmur. Bu qədər dirənişin səbəbi əsasən, İslam inqilabını reallaşdıranların 40 ildir ki, hakimiyyətdə qalmasıdır. İranla Azərbaycan arasında siyasi-iqtisadi əməkdaşlıq yüksək səviyyədə normal olsa da, problemlər əsasən İran tərəfindən qaynaqlanır. Çünki, bu ölkənin Azərbaycana qarşı Ermənistanla sıx təmasları Bakıda ciddi narahatlıqla qarşılanır”.

M. Əsədullazadə bildirib ki, İran qonşu ölkədir və burada baş verən siyasi katakalizmlərin ölkəmizə müəyyən təsirləri qaçılmazdır:

"Ona görə də biz İran ətrafında baş verənləri obyektiv qiymətləndirməli, Tehranla əməkdaşlığı bu müstəvidə qurmalıyıq. Qlobal dünya ilə qarşı-qarşıya gələn İrana münasibətdə real güclərin siyasətinə zidd addım atmamalıyıq. Bu gün İranla reallaşan iqtisadi müqavilələr heç də perspketiv vəd etmir. Tehran öz ideologiyasını regiona yaymaq və xalqları öz məzhəbsəl çətiri altına almaq üçün apardığı mübarizədə regional sabitliyi təhdid etməkdədir”.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər