Prezidentdən Dövlət Komitəsi və iki nazirlik barədə FƏRMAN











Prezidentin “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 9 avqust tarixli 444 nömrəli, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilib.
DoğruXəbər.az"Yeni Sabah-"a istianadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə 8.12-4 – 8.12-7-ci bəndlər əlavə edilib.

“8.12-4. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə fiziki şəxslərə (ekspertlərə) ixtisas attestatı vermək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda attestatın qüvvədəolma müddətini dayandırmaq və ya ona xitam vermək;

8.12-5. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərin və onların işlədikləri hüquqi şəxslərin (ekspert təşkilatlarının) reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

8.12-6. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq mətbu nəşrlərin və digər informasiya məhsullarının işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;

8.12-7. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurası yaratmaq;”.

Həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.83-1-ci yarımbənd əlavə edilib:

“3.0.83-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti vasitəsilə təşkil etmək;”.

3. Bununla yanaşı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.36-1-ci yarımbənd əlavə olunub:

“3.1.36-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişaların və digər elanların, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərin, dəvətnamələrin və digər sənədlərin işarələnmədiyi və yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmək”

Yenisabah.az

Oxunub: 757

Son xəbərlər

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Bütün xəbərlər