Azərbaycanda yeni vəzifə təsis olunur: I vitse-prezident













Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə Akademiyanın ümumi yığıncağı keçiriləcək.

DoğruXəbər.az Metbuat.az -a istinadən xəbər verir ki, AMEA-nın akademik-katibi Əminağa Sadıqovun verdiyi məlumata görə, iclasın gündəliyinə bir neçə məsələ daxil edilib: “Gündəlikdə dayanan əsas məsələ AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının müzakirə olunmasıdır. Proqram müzakirə olunaraq qəbul ediləcək.
İclasda Prezident İlham Əliyev tərəfindən Akademiyanın qarşısında qoyulan tapşırıq və vəzifələr də müzakirə olunacaq. Bundan əlavə, AMEA-nın hazırkı nizamnaməsi 2014-cü, “Elm haqqında” qanun isə 2016-cı ildə qəbul olunub. Yəni, AMEA Nizamnaməsinin “Elm haqqında” qanuna uyğunlaşdırılması zərurəti də yaranıb. Nizamnamədə dəyişiklik etmək üçün bir neçə səbəb yaranıb. Nizamnamə komissiyası bununla bağlı təkliflər hazırlayıb. Həmin təkliflər ümumi yığıncaqda müzakirə olunacaq.

AMEA-da daimi fəaliyyət göstərən Nizamnamə komissiyası olub. Bu komissiyanın yenidən təşkil olunması üçün obyektiv zərurət yaranıb. İclasda bu məsələ də müzakirə ediləcək”.

Ə. Sadıqov deyib ki, iclasda müzakirə olunacaq sonuncu məsələ Akademiyanın strukturunda dəyişikliyin edilməsidir: “AMEA-nın vəzifələri kifayət qədər artıb, bu da strukturda müəyyən dəyişikliklər olunmasını zəruri edir. AMEA prezidenti tərəfindən Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və dəqiq elmlər üzrə) təsis olunması təklif ediləcək. Ümumi yığıncaq tərəfindən təklif qəbul edilərsə, dərhal bu vəzifələrə seçki keçiriləcək”.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər