Dövlət qanunlarına xəyanət edən qurumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO














Hər bir vətəndaşın borcudur ki,dövlətin qanunlarına itaət etsin. Necə ki,bir zamanlar Ulu öndər Heydər Əliyev buyurmuşdur ki,qanun hamı üçündür. İstər hakimiyyətin qurulmasında meydanlara çıxan olsun, istərsə də hansısa səlahiyyətli şəxs olsun qanun qarşısında hərkəs bərabərdir. Bu cür müdrik kəlamlardan sonra dövlətə və hakimiyyətə zidd gedən dövlət qurumları cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Bəs görəsən ölkəmizdə belə insanlar və yaxud dövlət qurumları varmı?

Qeyd olunan sualın cavabını düşünməyinizə gərək qalmadı, çünki artıq  “Kanal14.az” sözü gedən dövlət qurumlarının və bir neçə işbazların dövlət qanunlarına qarşı çıxdıqlarını aşkar etmişdir. Dəyərli izləyicilərimiz nəzərinizə çatdıraq ki,barəsində bəhs edəcəyimiz məsələ uzun müddətdir ki,sosial mediada yer almış Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin qanusuzluğa necə rəvac verməsi ilə bağlıdır. Çoxsaylı saytlarda bu qurum haqda bir neçə xoşagəlməz məlumatlar dərc olmunmuşdur. Onlardan ən dəhşətlisi Oğuz meşələrində çoxyaşlı ağacların biznes məqsədi ilə kəsilib daşınarkən, yayılan video görüntülərdir.

Dövlət qanunlarına xəyanət edən qurumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO















Həmin məlumatlarda nazirliyin ən yüksək vəzifəsini zəpt etmiş nazir müavini Firdovsi Əliyev və ona yaxın olan Ağaqardaş Qaraşovun da adları xüsusi qeyd olunmuşdur. Təbii ki,bugünkü məlumatlar ucqar kəndlərdən deyil, şəhərin mərkəzi adlanan Tibilisi prospekti ərazisində bir neçə dövlət qurumunun qanuna zidd əməllərinin aşkar edilməsi ilə bağlıdır. Əməkdaşlarımız tərəfindən müəyyən olunan bu  ərazidə böyük sahəni əhatə edən çoxyaşlı sərf ağaclarının əksər hissəsini qanunsuz zəpt edən iş adamlarının kimlər olduğu üzə çıxdı. Əldə etdiyimiz məlumatlarda bildirilir ki,sözügedən ərazi Tibilisi prospektində yerləşən İST yanacaq doldurma məntəqəsinin sahibləridir. Deyilənlərə görə İST yanacaq doldurma məntəqələrinin hər biri 3 qardaşa məxsusdur. Əsas işlərin başında duran isə Həci Ramazan adlı şəxsin olduğu bildirilir.

Çox dəhşətli anlar burdadır ki,bu qanunsuz işə dövlətin bir sıra yüksək qurumları tərəfindən icazə verilmişdir. Bu qurumlardan ən başda duranı isə “meşə qatili” adlanan Ekalogiya və Təbii Sərvətlər Nazirliyidir. İndi diqqətinizə çatdıracağımız məlumatdan sonra hər şey sizlərə aydın şəkildə məlum olacaq. Bir qurup mətbuat nümayəndələri tərəfindən muəyyən olunan qanunsuz obyektdə çoxyaşlı ağacların inkişafını məhdudlaşdırılma görüntüsünə şahid olublar. Ağacların qanunsuz əhatəyə alındığını aydınlaşdırmaq üçün “Azərinfo.az” saytın rəhbəri tərəfindən Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə telefon əlaqəsi saxlayıb, hadisə ilə bağlı məlumat vermişdir. Bundan bir neçə gün sonra Bakı şəhər Ekalogiyaya Nəzarət idarəsinin iki məsul əməkdaşları Elman müəllim və digər əməkdaş “MUMTV.az”-ın rəhbəri ilə əraziyə baxış keçiriblər.

Dövlət qanunlarına xəyanət edən qurumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO














Aparılan baxış zamanı deyilənlərin hər biri öz əksini tapmışdır. Təəssüflər olsun ki,araşdırma zamanı qanunsuz obyekti inşa edənlər,aparılan yoxlamada iştirak etmədilər. Yoxlama zamanı nazirlik əməkdaşlarının suallarına cavab verən şəxslər, qanunsuz inşa olunmuş “KAFE” kimi fəaliyyət göstərən obyektin xəzinədarı və İST yanacaq doldurma məntəqəsinin növbə rəisi olmuşdur. Onların sözlərinə görə obyektin sahibləri hər dəqiqə burda olmurlar və bizim də səlahiyyətimiz çatmır ki,onlara zəng vurub bura çağıraq. Amma düşünürük ki,inşa olunan obyekt sahibləri qanunsuz əməllərinin ifşa olunduğunu bildikləri üçün, üzə çıxmaqdan çəkindilər.

Bunlar başa düşüləsi məsələlərdir ,amma əsas məsələ isə budur ki,şəhərin mərkəzində bu cür qanunsuz obyektin tikintisinə icazə verən dövlət qurumları dövlətin ali qanunlarını bir parça haram tikəyə dəyişirlər. Böyük sahəni əhatə edən nəhəng ağaclar, bir zamanlar insanların kölgələnmək üçün istirahət yeri kimi istifadə olunurdu. Amma bu gün isə bir qrup “Həci” titulun daşıyan işbazların istifadəsindədir.
Dəhşətlisi isə budur ki,dövlətin çörəyin yeyib isti kresloda boyunlarını yoğunladan bəzi məmurlar, cəmiyyətin maraqlarını düşünmək əvəzinə ciblərini düşünürlər.

Nəzərinizə çatdıraq ki,sözü gedən qanunsuz obyekt Yasamal rayonunda fəaliyyət göstərir. Bir mətləbidə diqqətinizə çatdıraq ki,bu qanunsuz işin baş tutmasında bir başa məsuliyyət daşıyan dövlət qurumları Bakı şəhər İH-ti,Yasamal rayon İH-ti,Bakı şəhər Yaşıllaşdırma idarəsi və ən əsası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Qorunması Deportamentinin direktoru Xalıqverdi Hüseynov, bu işdə məsuliyyət daşıyırlar.

Dövlət qanunlarına xəyanət edən dövlət qurum rəhbərləri gözlərini açıb baxmalıdırlar ki,hər zaman dövlətə və xalqa kəm baxanların axır aqibətləri heç də yaxşı olmur. Tövsiyyə edirik ki,vaxtında ayılın və etdiyiniz səhvi gec olmadan düzəldin..!

Məsələyə qayıdacağıq..!

“Kanal14.az”

Dövlət qanunlarına xəyanət edən qurumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO
Dövlət qanunlarına xəyanət edən qurumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO
Dövlət qanunlarına xəyanət edən qurumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO
Dövlət qanunlarına xəyanət edən qurumların qanunsuz əməlləri ifşa oldu-VİDEO/FOTO

Oxunub: 1 218

Son xəbərlər

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

Bütün xəbərlər