Qulu Məhərrəmli: "Veriliş qıcıq və etiraz yaradırsa, deməli problemlər var və düşünmək lazımdır"














Qulu Məhərrəmli: "Veriliş qıcıq və etiraz yaradırsa, deməli problemlər var və düşünmək lazımdır"
Xəbər verdiyimiz kimi Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərminin oğurlanaraq, öldürülməsi hadisəsi böyük səs- küyə səbəb olub. Belə ki, qandonduran dəhşətli məlum hadisədə bir çoxları Nərminin axtarışa verildiyi verilişi günahlandırır. Artıq neçə gündür ki, sosial şəbəkələrdə həmin verilişin aparıcı və layihə rəhbəri, Xəzər televiziyanın əməkdaşı Xoşqədəm Hidayətqızı və onun adıçəkilən layihəsi haqqında həm mənfi, həm müsbət fikirlər səsləndirilir.

Bununla bağlı Sonxeber.az-a açıqlama verən Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli televiziyalarda peşəkarlığın əsas götürülməli olduğunu açıqlayıb. Onun fikrincə prinsipcə itkin düşmüş bir adam haqqında medianın xəbər verməsi normaldır:

"Bir tərəfdən media öz işini görür. Amma hansı səviyyədə görür, peşəkardımı? Prinspcə itkin düşmüş bir adam haqqında medanın xəbər verməyi normaldır. İtkin düşmüş adamın axtarışına kömək edilməsi, elan verilməsi və sairə bura aiddir. Amma bir şey unudulur ki, vəziyyətin özü qeyri-standartdır. Burada həssaslıq heç bir zaman unudulmamalıdır. Bu məsələ də olduqca həssas məsələdir və burda kriminal detal, cinayət var. Yəni, media məsələdə tərəf kimi çıxış edəndə müəyyən dərəcədə prosesin gedişatına maneə ola bilir. Hüquqi baxımdan televiziyanın burda elə də ciddi bir günahı yoxdur. Yəni burda hüquqi baxımdan pozuntu yoxdur. Amma, etik və situasiyanın nəzərə alınması baxımdan mənə elə gəlir ki, araşdırıla bilər".

Qulu Məhərrəmli həmçinin sosial şəbəkələrdə "Səni Axtarıram" verilişiinin bağlanması və davam edə bilməsi məsələsinə də açıqlama gəlib:
"Mən sözün düzü o verilişin tamaşaçısı deyiləm. Həmin epizodlarla da tanış deyiləm. Ona görə də həmin verilişin olub-olmamasının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Əgər böyük auditoriyada həmin veriliş qıcıq və etiraz yaradırsa, demək olar ki, burda problemlər var və düşünmək lazımdır".
Qulu Məhərrəmli qeyd edib ki, hansısa verilişin bağlanması və yaxud da davam etməsi televiziyanın öhdəliyində olan məsələdir.

"Bilirsiniz, belə məsələlər bizdə geniş ictimai rəy əsasında həll olunmur. İctimai faydalılığı aşağı olan verilişlərin efirdə görünməsinin heç bir faydası yoxdur".

Qeyd edək ki, ölkə gündəmini zəbt edən Nərminin öldürülməsi xəbərindən sonra məşhur simalar da daxil olmaqla insanların əksəri Xoşqədəm Hidayətqızının verilişini istintaqın gedişatına maneə olduğu üçün günahkar bilir və bağlanmasını istəyirlər. İnsanların bir qismi-, həmin verilişin böyük izləyici kütləsi isə həmin verilişin davamlı olmasını istəyirlər və xeyirxah əmələ qulluq etdiyini öz rəylərində bildirirlər.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər