Xırdalan sakinlərinə ŞAD XƏBƏR - FOTO





Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri uğurla icra olunur.

DoğruXəbər.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AYYDA) istinadən bildirir ki, tədbirlərin icrasına ilk olaraq Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektindən başlanılıb. Prospektin uzunluğu 5100 metrdi ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır.
Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zərui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla 1000 m uzunluğunda genişləndirilib.

Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir. Bu çərçivədə prospektə 1000 p/metr beton səki daşı qoyulub.

Prospektdə işlər "İnşaat norma və standartları”na uyğun şəkildə kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Bu isə gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünə qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Prezident İlham Əliyevin sərəncamına əsasən, anoloji təmir işləri Xırdalan şəhərinin digər küçələrində də aparılır. İlkin olaraq təmir işlərinə ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrində start verilib.

Aparılan kompleks tədbirlər çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nizami Gəncəvi və Qalubiyyə küçələrinin təmiri artıq yekunlaşdırılıb. Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, eni 10 m, Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, eni isə 12 m təşkil edir. Bu küçələr üzrə asfaltlanmış ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.
Ölkə başçısının sərəncamına əsasən növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22.5 min kv.m-dir.

Oxunub: 857

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər