Yeni Yasamalda yeni yol bağlantısı yaradılır (FOTO)










DoğruXəbər.az bildirir ki "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, söhbət Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan gedir. Tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1.2 km təşkil edir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq 700 m-lik ərazidə yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsasının salınıb. Bura optimal tərkibli qum-çınqıl qarışığından alt və qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb.

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ki, bu işlər də sürətlə davam etdirilir. Yolun qalan 500 m-lik hissəsində də mövcud örtüyün sökülərək yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.

Bundan başqa, yeni yolu kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.8 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına 3500 p/metr yeni səki daşı düzülür.

Yeni yolun inşası ilə Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivi ilə əlavə olaraq daha bir yeni bağlantısı yaradılacaq. Nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.

Layihənin sonuncu mərhələsində 4 nöqtədə cibli avtobus dayanacağının yaradılması, yol boyu yol nişanları və göstərici lövhələr quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin işıqlandırma sisteminin yaradılması nəzərdə tutulub.
Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır
Yeni Yasamalda yeni yol bağlantısı yaradılır (FOTO).

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər