Azərbaycanın 10 rayonunda əkin sahələrini – KOSMOSDAN PEYKLƏR YOXLAYIB













Kənd Təsərrüfatı Nazirliyi daha bir maraqlı yeniliyə başlayıb.
DoğruXəbər.az xəbər verir ki, 9659 fermerin torpaq sənədləri və payızlıq əkin barədə verdiyi məlumatlar ilk dəfə olaraq peyk vasitəsilə kosmosdan yoxanılıb.

Eləcə də bax: Fermerlərin məlumatları - KOSMOSDAN YOXLANILIR - YENİLİK
Nazirlikdən FED.az-a verilən məlumata görə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların peyk vasitəsilə yoxlamaları davam edir. Peyk yoxlamaları zamanı Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama üsullarından istifadə edilir.

Artıq ölkə üzrə 10 rayonda “Azərkosmos” dan çəkilmiş şəkillər əsasında yoxlamalar başa çatıb. Yoxlamalar hər rayonda təsadüfi yolla seçilmiş 3 kənd üzrə aparılıb. Zərdab, Samux, Ağsu, Siyəzən rayonlarından sonra

Ağcabədi (Avşar, Gəlabədin, Hacıbədəlli kəndləri),

Balakən (Katex, Şərif, Qazma),

Beyləqan (Kəbirli, Dünyamalılar, Təzəkənd),

Göygöl (Mollacəlilli, Yeni Zod, Quşqara),

Oğuz (Böyük Söyüdlü, Padar, Bucaq)



Sabirabad (Axısxa, Qəzli, Bulduq) rayonlarında torpaq sahəsi və əkin bəyanları barədə məlumatların peyk vasitəsilə kameral yoxlaması başa çatıb.

Peyk çəkilişləri заманы 10 rayon üzrə 9659 fermerin torpaq sənədləri və payızlıq əkinlə bağlı bəyan etdiyi məlumatlar yoxlanılıb. Yoxlamalar zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndəriləcək və həmin ərazilərdə yerində yoxlamalar aparılacaq. Yoxlamalar başa çatdıqdan sonra fermerin EKTİS-ə daxil etdiyi elektron bəyannamələr yekun olaraq təsdiqlənəcək və fermerə ödəniləcək məbləğ müəyyən ediləcək.

Qeyd edək ki, EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır. Bu səbəbdən fermerlərə bəyan etdiyi məlumatlarda səhvlər varsa, düzəliş etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etmək tövsiyə olunur.

Yanvarın 22-dək 260 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Fermerlər 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq elektron ərziə formasını təsdiq etməli və ya müvafiq düzəlişlərin edilməsi üçün DAİM-ə yaxınlaşmalıdırlar. Etiraz edilməyən ərizələr avtomatlaşdırılmış qaydada monitorinqə yönləndirilir.
FED.az

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər