gundem
23.01.2020, 11:45
Avropa kömürdən imtina edir

İspaniya Avropada 2027-ci ilə qədər kömür işləyən elektrik stansiyalarından tamamilə imtina edən ilk ölkə olacaq. Bu barədə Bloomberg yazıb.
İspaniyada kömürlə işləyən elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin payı 40 ildə minimum səviyyəyə enib. 2025-ci ilə qədər İspaniyada kömürlə işləyən cəmi bir elektrik stansiyası qalacaq.
Hazırda İspaniya sürətlə bərpa olunan enerji mənbələrə keçir. Sözügedən mənbə öklənin elektrik enerjisinin 30%-ni təmin edir.
İspaniya ilə yanaşı Almaniya da kömürdən imtina etməkdədir. Ölkə elektrik enerjisinin 30%-dan çoxunu bərpa olunan mənbələrdən alır.


