"30 ildir bu yolla kimsə maraqlanmayıb" - GİLEY














"Xəstəmiz olur, təcili yardım çağırırıq, yolların bərbad vəziyyətdə olması səbəbilə həkimlər ünvana gəlib çıxa bilmir".
Bu sözləri Maştağa qəsəbəsi Çiləgər yaşayış massivinin sakinləri Yeniavaz.com-a şikayətlərində bildiriblər. Sakinlər deyir ki, uzun illərdir ki, yolla bağlı müxtəlif orqanlara xəbər versələr də problemlə maraqlanan olmayıb. Avtomobillərin belə hərəkət edə bilmədiyi yolda uşaqların məktəbə gedib-gəlməsi olduqca çətinləşib. Valideynlər bildirir ki, yolların pis vəziyyətdə olması səbəbilə marşrut avtobuslar həmin yaşayış massivində fəaliyyət göstərməkdən imtina edirlər. Bu səbəblə uşaqlar palçıqlı yolla uzun məsafələri piyada qət etməli olurlar. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar Nəcəfli Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Bakının bütün qəsəbələrində yolların bərpa edilməsi üçün fəaliyyətə başlanılıb: "Maştağa qəsəbəsi Sabunçu rayonu ərazisindədir. Qeyd edim ki, Sabunçu rayonunda təkcə keçən il 80 kilometrdən çox yol bərpa edilib. Bu, kifayət qədər böyük rəqəmdir. Qəsəbələrdə yolların təmir edilməsinə bu il də davam edəcəyik".




Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər