gundem
27.01.2020
Ermənilər Daşaltı əməliyyatının yeni FOTOLARINI yaydılar

28 il bundan əvvəl keçirilən Daşaltı əməliyyatı Azərbaycanın hərb tarixinə qara hərflərlə yazılıb.
Erməni sosial şəbəkələrində Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyatla bağlı yeni fotolar paylaşıblar.
Həmin fotolarda 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanan və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatan döyüşdə şəhid olan Azərbaycan övladlarının ürəkağrıdan görüntüləri əks olunub.



