gundem
31.01.2020, 15:36
Bu küçədə hərəkət məhdudlaşdırılacaq - SƏBƏB

Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsinin təmiri ilə əlaqədar yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət AgentliyindənDogruXəbər.az -a daxil olan məlumatda sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələri tövsiyyə olunur.


