Ölkəyə quş məhsullarının idxalına məhdudiyyət qoyuldu












Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

AQTA-dan DogruXəbər.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunub. Bununla əlaqədar AQTA tərəfindən epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib.

Yaranmış epizootik durumu ciddi siqnal kimi qəbul etməklə, respublikamızda fəaliyyət göstərən ailə və quşçuluq təsərrüfatlarında yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına epizootik vəziyyət sabitləşənədək müvəqqəti məhdudiyyət qoyulub.

Eləcə də, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır./Oxu.Az

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər