gundem
3.02.2020, 13:48
Traktorun vurduğu piyada xəstəxanada öldü

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən DogruXəbər.az -a verilən məlumata görə, fevralın 1-də saat 18 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Təzəkənd kənd sakini Z.Məmmədov idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarı ilə gedən kənd sakini Abbas Abbasovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.


