gundem
7.02.2020
Çin Azərbaycan Prezidentinə təşəkkür etdi
![]()
Çin Xalq Respublikası (ÇXR) Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
DogruXəbər.az bildirir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyi İnformasiya departamentinin baş direktor müavini Lician Jao “Twitter” səhifəsində yazıb.
"Biz dünya liderlərinə göstərdikləri dəstəyə görə səmimi minnətdarlıq edirik. Azərbaycan Prezidenti İlham Əliyev Çin xalqı ilə həmrəyliyini və bütün zəruri yardımları göstərməyə hazırlığını ifadə edib", - Lician Jao rəsmi səhifəsində bildirib./Virtualaz.org


