gundem / siyaset
8.02.2020
Hansı partiyanın neçə deputatlığa namizədi var? – AÇIQLAMA

Milli Məclisə seçkilərdə ən çox namizədi olan partiya Yeni Azərbaycan Partiyasıdır.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun bildirdiyinə görə. YAP-ın 122 namizədi seçkilərə qatılıb.
Müsavat Partiyasının 23, Ümid Partiyasının 19, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını 13, VAP-ın 12 deputatlığa namizədi var. (APA)


