Dolları sabit saxlaya bilməyəcəyik













"Neftin qiymətində son günlər koronavirusla bağlı müşahidə edilən enmələrə görə Azərbaycanın dövlət büdcəsinə düzəliş edilməsinə ehtiyac yoxdur”

DogruXəbər.az -a açıqlamasında bu sözləri son günlər neftin qiymətinin 54 dollar səviyyəsinə düşməsi fonunda Azərbaycanda indiki halda 55 dollardan götürülən "qara qızıl”ın büdcə qiymətinə hansı halda baxıla bilər sualını cavablandırarkən iqtisadçı ekspert Pərviz Heydərov deyib:

"Neft qiymətlərinin dövlət büdcəsinə birbaşa təsiri yoxdur. Dövlət büdcəsinin neft sektorundan gəliri əsasən transfertlər hesabına təmin edilir. Neft Fondu bu mənada dövlət büdcəsi üçün etibarlı maliyyə yastığı rolunu oynayır. Neft çox ucuzlaşdıqda dövlət büdcəsinin gəlirləri transfert hesabına təmin edilir və qiymət enməsindən yaranan zərəri Neft Fondu öz üzərinə götürür. Buna görə də neftin qiyməti Dövlət Neft Fondundan yanvar ayından dekabr ayının sonuna qədər olan transfertlərin həyata keçirilməsinə maneə yaratmır. Bunu biz 2015-2016-cı illərdə neftin kəskin ucuzlaşdığı dövrdə gördük. Dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi üçün Neft Fondundan nəzərdə tutulan vəsait transfert edildi, amma neft fondunun aktivləri azaldı”.

P.Heydərov söylədi ki, neftin ucuzlaşmasının dövlət büdcəsinə birbaşa təsiri yalnız neft sektoru üzrə əldə edilən vergilərin məbləğinin azalmasında özünü göstərir:

"Neft ucuzlaşdıqda Azərbaycanın Beyəlxalq Əməliyyat Şirkətinin gəlirlərində azalma baş verir. Bu zaman nəzərdə tutulan vergini həmin şirkətdən almaq olmur. Bu il neft və qaz sektorundan 2 milyard manatdan artıq verginin toplanması proqnozlaşdırılır. Neft ucuzlaşarsa, bu gəlirdə azalma baş verəcək”.

Ekspertin fikrincə, burada önəmli olan məsələ neftin nə qədər ucuzlaşmasıdır:

"Neftin qiymətinin 50 dollara qədər düşməsi hər hansı təhlükə yaratmır. Amma 50 dollardan aşağı düşməsi Azərbaycanın makroiqtisadi göstəriciləri, valyuta bazarı üçün riski artırır. Qiymət 40 dollara düşərsə, bu, artıq valyuta bazarı üçün ağır vəziyyətin yaranması deməkdir. Qiymət 40 dollardan da aşağı enərsə, Mərkəzi Bankın valyuta ehtiyatları dollar/manat kursunu 3 aydan artıq sabit saxlamağa imkan verməyəcək. Çünki Mərkəzi Bankın valyuta ehtiyatı əvvəlki dövrlə müqayisədə xeyli azdır”./Sfera.az

Son xəbərlər

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Bütün xəbərlər