Azərbaycanda ilk: Sürücü özbaşınalıqları belə aradan qaldırılacaq - ŞƏRH













"Dispetçer Mərkəzinin yaradılması ictimai nəqliyyatda atılan yeni addımlardan biridir".

DogruXəbər.az xəbər verir ki Bunu "MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı bir neçə gün əvvəl Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Mərkəzi Dispetçer Xidmətinin istifadəyə verilməsi ilə bağlı danışan zaman deyib.

O, sözügedən mərkəzin gələcəkdə ictimai nəqliyyata öz təsirini göstərəcəyini söyləyib: "Bu gün mövcud olan marşrut xətləri ayrı-ayrı hüquqi və fiziki şəxslərin əlindədir. Marşrut xətlərinin vahid bir Dispetçer Mərkəzindən idarə edilməsi mümkün olmadığına görə yollarda xaotik vəziyyət yaranırdı. Məsələn, bir dayanacağa eyni vaxtda ayrı-ayrı daşıyıcı şirkətlərə məxsus 5-6 avtobus daxil olurdu. Amma bundan sonra vahid Dispetçer Mərkəzi sayəsində hər hansı bir marşrutun xətdən kənara çıxması, geri qalması, avtobusların dayanacaqlarda xaotik vəziyyət yaratmasına imkan verilməyəcək. Nazirlər Kabinetinin müvafiq qərarına görə, əgər dayanacaqda bir avtobus varsa, digər avtobus dayanacağa gələrək onun qarşısına keçməməlidir. Qayda bunu tələb etsə də, təəssüf ki, bu gün belə hallar baş verir. Bu da sürücü özbaşınalığı nəticəsində yaranır. Ümid edirəm ki, vahid Dispetçer Mərkəzi bu kimi mənfi halları aradan qaldıracaq. Sərnişinlərin rahatlığı, təhlükəsizliyi üçün vahid bir idarəetmə mərkəzinin olması vacib idi. Bu işə görə BNA-ya təşəkkür edirəm”.

Ekspertin sözlərinə görə, yeni mexanizm qayda pozuntularının azalmasına səbəb olacaq: "Dispetçer Mərkəzi bu vaxta qədər Azərbaycanda sərnişindaşımada mövcud olmayan bir xidmətdir. Sərnişinlərin və sürücülərin məlumatlandırılması, hara gedəcəyi barədə informasiya alması və s. bunlar heç bir kitabda və ya qaydada yazılmayıb. BNA vətəndaşların rahatlığı üçün belə bir addım atıb. Bu sistem eyni zamanda xarici turistlərin faydalanması üçün çox əlverişlidir. Dispetçer Mərkəzindən sürücülərlə birbaşa əlaqənin yaradılması o deməkdir ki, artıq onlara ciddi nəzarət olacaq. Belə olan halda sürücülər qaydalara riayət edəcəklər və sərnişinlərin həyatını riskə atmayacaqlar".

E.Muradlı Dispetçer Mərkəzi Xidmətinin tətbiqi ilə ölkəmizin bir ilkə imza atdığını söyləyib: "Bu xidmət əsasən inkişaf etmiş ölkələrdə istifadə olunur. Belə bir sistemin tətbiqi ilə Azərbaycan MDB məkanında yeniliyə imza atıb. Bildiyim qədərilə son bir neçə ildə ölkəyə gətirilən yeni avtobuslarda artıq Dispetçer Mərkəzi Xidmətinin tətbiq edilməsinə başlanılıb. Yəqin ki, hazırda xətdə olan köhnə avtobuslar yeniləndikcə sözügedən sistem mərhələli şəkildə quraşdırılacaq”.

Oxunub: 651

Son xəbərlər

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Bütün xəbərlər