gundem / sosial / hadise
27.02.2020
Məşhur iş adamının 14 yaşlı oğlu İNTİHAR ETDİ - FOTO

Türkiyəli məşhur iş adamı Ali Armağanın 14 yaşlı oğlu A.A. İstanbuldakı özlərinə aid villalarında intihar edib.
dogruxeber.tv DHA-ya istinadən xəbər verir ki, intihar dünən yerli vaxtla saat 13:00 radələrində baş verib.
Villadan silah səsi gəlib. Dərhal əraziyə təcili yardım maşınları gəlib. Evə daxil olanda Ali Armağanın 14 yaşlı oğlu A.A.-nın qan içində yerdə uzanıqlı olduğunu görüblər.
Təcili yardım həkimlərinin müdaxiləsi heç bir nəticə verməyib. A.A.-nın başından silahla atəş açdığı məlum olub.
İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır.
Qeyd edək ki, intihar edən uşağın atası Ali Armağan məşhur "PETLİNE" yanacaqdoldurma məntəqələrinin sahibidir.


