dunya
2.03.2020, 08:47
“Yaşıl zona”ya HÜCUM: ABŞ səfirliyi olan əraziyə raket zərbələri endirildi

İraqın paytaxtı Bağdadda "Yaşıl zona" adlandırılan əraziyə 2 raket atılıb.
dogruxeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, ərazi naməlum qüvvələr tərəfindən hücuma məruz qalıb. ABŞ səfirliyinin də olduğu ərazidə iki raket partlayıb.
Hücum zamanı xəsarət alanlar və ya dağıntıların olub-olmaması ilə bağlı məlumat verilməyib.


