Abşeronda iki qəsəbəni birləşdirən yol yenidən qurulur – Başçı əraziyə gəldi












Abşeron rayonunda iki qəsəbəni birləşdirən yol yenidən qurulur. Rayonun Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsinə asfalt örtüyü çəkilir. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova qəsəbənin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə Qara Qarayev küçəsi boyunca görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mehdiabad qəsəbəsində sakinlərin gediş-gəlişininin yaxşılaşdırılması məqsədilə Qara Qarayev, Cəfər Cabarlı, Əhməd Cavad və Çingiz Mustafayev küçələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur.
İ.Gülməmmədova Qara Qarayev küçəsində görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına dair bir sıra tapşırıqlar verib.
Daha sonra İ.Gülməmmədova adı çəkilən küçədə sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinləri dinləyən rayon rəhbəri mövcud problemləri araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıqlar verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, 2 km uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək. Sözügedən küçə Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan küçənin yol yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlib. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə ərazidə nəqliyyat axınına mənfi təsir göstərib. Bundan başqa küçənin səki hissələrinin də sıradan çıxması piyadaların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinə maneə yaradırıb. Hazırda sadalanan problemlərin aradan qaldırılması istiqamətində agentlik təxirəsalınmaz tədbirlər həyata keçirir.
Növbəti mərhələ üzrə artıq küçənin 16 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bunun üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.
Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfiqi nişanlanma xətləri ilə təmin ediləcək.
Qeyd edək ki, Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə 19,7 milyon manat ayrılıb.
Sərəncama uyğun olaraq, Abşeron rayonunun Masazır kəndində ümumi uzunluqları 6260 metr olan 6 küçə, Qobu qəsəbəsində 7840 metr uzunluğunda 5 küçə, Ceyranbatan və Saray qəsəbələrində 5950 metr uzunluğu olan 3 küçə və Mehdiabad qəsəbəsində isə ümumi uzunluğu 6450 metr olan 4 küçə təmiri nəzərdə tutulurdu. Artıq bu çərçivədə sözügedən qəsəbələr üzrə işlərə start verilib.
Abşeronda iki qəsəbəni birləşdirən yol yenidən qurulur – Başçı əraziyə gəldi
Abşeronda iki qəsəbəni birləşdirən yol yenidən qurulur – Başçı əraziyə gəldi
Abşeronda iki qəsəbəni birləşdirən yol yenidən qurulur – Başçı əraziyə gəldi

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər