“Prezidentin islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur ” – QHT sədri












2018-ci ilin prezident seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən elan olunmuş islahatlar kursu yeni mərhələyə daxil olmaqdadır. 2018 və 2019-cü ilin birinci yarım ilində bu islahatlar ölkənin sosial həyatında böyük canlanmağa səbəb oldu və bu siyasət bu gün də davam etməkdədir.
Ötən ilin ikinci yarım ilindən başlayaraq, həmin islahatlar siyasi mühiti də əhatə etməyə başladı. Bu fikirləri QHT.az saytına açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
O, qeyd edib ki, ölkədə konseptual və struktur xarakterli islahatlar sürətlə həyata keçirilməkdədir. Sevindirici haldır ki, bu islahatlar müxtəlif sahələrdə paralel aparılmaqla yanaşı, vahid baxışı ifadə edir. Heç şübhəsiz bu islahat baxışı ölkə prezidentinin Azərbaycanın inkişafı və gələcəyi ilə bağlı olan strateji konsepsiyasıdır.
Prezidentin islahatlar kursu siyasi analitiklərin və ekspertlərin proqnoz etmədiyi mərhələlərə qədəm qoyur. Təşkilat rəhbəri bu istiqamətdə atılan addımlar sırasında cari ilin fevral ayından başlayaraq, Prezident Administrasiyasında siyasi partiyaların rəhbərləri keçirilən görüşləri də xüsusi olaraq vurğulayıb.
“Azərbaycan hakimiyyəti ölkənin bütün siyasi qüvvələri ilə dialoqun tərəfdarı olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu görüşlər yaxşı ənənədir. Xüsusən hakimiyyət tərəfindən bu addımın atılması çox vacib idi. Demək olar ki, əsas müxalifət partiyaları bu görüşlərdə iştirak edir. Təkcə Əli Kərimli bu görüşdə iştirakdan boyun qaçırmaqla, növbəti dəfə ümummilli maraqlardan deyil, şəxsi və qrup maraqlarından çıxış etdiyin sübut etdi. Bu tükənmiş “siyasi” partiyanın Azərbaycanın inkişafına hər hansı tövhə verəcəyini də güman etmək olmaz. Hər halda, hökumət tərəfindən siyasi iradə və etika nümayiş olunmuşdur. Bildiyimiz kimi, Bu görüşlər davam etməkdədir. Ən əsası isə müxalifət partiyalarının bu görüşləri müsbət qiymətləndirməsi və davamlı olması ilə bağlı fikirlər səsləndirlməsidir.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bütün partiyalara bərabər imkanlar yaratmasını da xüsusi qeyd etmək lazımdır.”
Təşkilat sədri bildirib ki, VI çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması islahatlara prosesinə öz tövhəsini verəcəkdir.
“Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası Milli Məclisdə böyük üstünlük qazanıb. Hakim partiya 70, birtərəflər 41, digər partiyalar isə 10 millət vəkili ilə Milli Məclisdə təmsil olunur. Sözsüz ki, çoxluq olaraq, Yeni Azərbaycan Partiyası həm parlament rəhbərliyində, həm də komitələr üzrə öz üzvlərinin seçilməsi üçün kifayət qədər səsə malik idi.
Lakin prezident İlham Əliyev tərəfindən siyasi sistemi möhkəmləndirmək üçün mühüm bir addım atıldı. Ölkə başçısı Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq, parlament rəhbərliyinin demək olar ki, paritet əsasda formalaşması ideyasını irəli sürdü. Milli Məclisin rəhbərliyi YAP, bitərəflər və azlıqda qalan müxalifət partiyalarının nümayəndələrindən formalaşdırıldı.
Həm Milli Məclisin sədrinin, həm də müavinlərinin ictimaiyyət arasında nüfuzlu şəxslərdən seçilməsi və bu şəxslərin keçmişləri ilə bağlı yalnız müsbət tarixçələrin olması çox mühüm amildir. Bu amil həm siyasi elitaya həm də cəmiyyətə mühüm ismarıcdır.
Başqa bir məqam isə hakim partiya tərəfindən spiker postuna xanım deputatın namizədliyinin irəli sürülməsi idi. Siyasi islahatlar kontekstində bu addım, məclisdə daha da tələbkar və işgüzar mühitin yaradılmasına imkan yaradacaq.”
Cəsarət Hüseynzadə Milli Məclisin komitə rəhbərliklərində də müxalifət partiyalarına və bitərəflərə böyük etimad göstərildiyin qeyd edib.
“Komitənin sədr müavinləri postuna müxalifət partiyalarından 6, bitərəflərdən 4 və YAP-dan 5 millət vəkili seçilmişdir. Komitə sədrləri vəzifəsində YAP-dan 10, bitərəflərdən 4 və müxalifət partiyalarından 1 millət vəkili təmsil olunur. Ümumilikdə isə 30 rəhbər vəzifəyə 15 müxalifət partiyaları və bitərəflərin nümayəndələri irəli çəkilmişdir (7 müxalifət və 8 bitərəf).”
Prezident ilham Əliyev Parlamentin açılış iclasındakı çıxışında xüsusi olaraq, islahat kursunun davam etdiyini bildirmişdir. Prezident hazırki mərhələdə bu kursun iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar kimi qiymətləndirərək, onları ölkənin ictimai və siyasi həyatında daha aktiv olmaya səsləmişdir – deyə təşkilat sədri bildirib.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər