Ölkədə siyasi düzən dəyişir – Referendum gözlənilir?











Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri yeni siyasi konfiqurasiyanın qurulması ilə bağlı planın tərkib hissəsi idi. Bunun nə dərəcədə uğurlu alınması başqa mövzudur. Amma proses bitməyib. Qarşıda referendum gözlənilir. Hakimiyyətin proporsional seçki sistemini bərpa etmək niyyətində olduğu barədə ehtimallar səsləndirilir.

Doğrudur, bu ehtimalları bölüşməyənlər də var. Növbədənkənar parlament seçkiləri ilə də bağlı oxşar proses baş vermişdi.

2018-ci ildə keçirilən prezident seçkilərinsən sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı mülahizələr irəli sürülürdü. Lakin bu mülahizələri bölüşənlərin sayı o qədər də çox deyildi. Buna baxmayaraq, gözləntilər özünü doğrultdu. Ona görə də referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi barədə ehtimalları da gözardı etmək doğru olmazdı.

Hakimiyyətin siyasi partiyalara dialoq təklifini də bu planın tərkib hissəsi hesab edənlər var. Bu təklif növbədənkənar parlament seçkilərindən sonraya təsadüf edir. Siyasi partiyalar ard-arda Prezident Admnistrasiyasından görüş dəvəti alırlar. Onların arasında iqtidarla barışmaz mövqedə dayanan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da var.

İqtidarın uzun illərdən sonra hətta ən barışmaz rəqibinə dəvət göndərməsi qarşıda ciddi siyasi proseslərin baş verəcəyi barədə ehtimalları bir qədər də gücləndirib. Müşahidələr göstərir ki, siyasi partiyalara görüş üçün Prezident Admnistrasiyasından dəvət göndərilməsi heç də yalnız dialoqla bağlı deyil. Axı bu dəvətlər hakimiyyətlə heç bir problemi olmayan, hətta iqtidara dəstək verən partiyalara da göndərilib. Hakimiyyətin onu dəstəkləyən siyasi qüvvə ilə dialoqa nə ehtiyacı var?

Növbədənkənar parlament seçkiləri nəticəsində formlaşan Milli Məclisin rəhbərliyində edilən dəyişikliklər də maraqlıdır. 27 ildən sonra Milli Məclisin rəhbərliyinə başqa bir partiyanın təmsilçisi gətirilir. Söhbət Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) xəttilə mandat qazanan Fəzail İbrahimlinin vitse-spiker seçilməsindən gedir. Siyasi analitiklər bu gedişi təsadüf, yaxud müxalifətin də parlamentdə yüksək səviyyədə təmsilçiliyini nümayiş etdirmək üçün atılan addımdan daha çox yeni siyasi düzənlə bağlı planın tərkib hissəsi hesab edirlər.

Prezident İlham Əliyev də Milli Məclisin ilk iclasında çıxışı zamanı yeni siyasi konfiqurasiyanın yarandığını bəyan edib. “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”, - deyə İlham Əliyev vurğulayıb.

Prezidentin çoxpartiyalı sistem üzərində xüsusi dayanması, siyasi partiyaların inkişafına nail olunmasına diqqət yetirməsi təsadüfi sayıla bilməz. Çoxpartiyalı sistemin möhkəm əsaslar üzərində qurulması üçün ilk növbədə proporsional seçki sisteminin bərpasına ehtiyac var. Analitiklərin fikrincə, Prezident elə buna işarə vurub...

Son xəbərlər

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Bütün xəbərlər