dunya
26.03.2020, 11:41
Merkelin ikinci koronavirus testinin nəticəsi açıqlandı

Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.
dogruxeber.tv apa-ya istinadən bildirir ki, bu barədə yerli "N-TV" telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.
"Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək", - məlumatda qeyd olunub.
Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu.


