gundem
1.04.2020, 18:50
Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib:
“Bu təyinata qədər o, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub.
*M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır”. (modern.az)


