“Jurnalistlərin sərbəst hərəkəti ilə bağlı anlaşılmazlıq aradan qaldırılmalıdır” – ekspert










Aprelin 5-dən etibarən koronavirus infesksiyası ilə əlaqədar bir sıra peşə sahibləri istisna olmaqla, digər vətəndaşlar evdən çıxmaq təyin edilən nömrəyə SMS göndərib, müvafiq qaydada icazə alacaqlar. Bu barədə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qərarı var. Həmin qərarda istisna edilən peşə sahibləri arasında jurnalistlər də var və bu, ayrıca bənd olaraq açıq şəkildə göstərilib. Lakin buna baxmayaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bu gün keçirilən mətbuat konfransında bildirib ki, mətbuat nümayəndələrinin öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri tərk edən zaman icazə almaqlarına ehtiyac yoxdur, ancaq həmin şəxslər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxan zaman icazə almalıdırlar”.

Bu fikirlər jurnalistlər və media ekspertləri arasında birmənalı qarşılanmayıb.

dogruxeber.tv xəbər verir ki, bununla bağlı Musavat.com-a açıqlamasında media eksperti Qulu Məhərrəmli bildirib ki, jurnalistlərin fəaliyyəti ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın konkret qərarı var və buna əməl edilməlidir:

“Qurumlar bir-biriləri ilə öz fəaliyyətlərini əlaqələndirməlidirlər. Bir qurum deyən sözə, başqa qurumun əməkdaşı əlavə şərh verirsə, bu zaman anlaşılmazlıq yaranır. Əlbəttə ki, media işçiləri işə gedirlər və işdən çıxan zaman mağazaya da dönə bilirlər. Burada artıq məntiqsizlik var. Bir şəxs işə gedirsə, tələbatına uyğun olan malları ala bilər. Önəmli olan onun evdən çıxması məsələsidir ki, bunu da Nazirlər Kabinetində çox doğru olaraq göstərilib ki, hərəkətdə olan işçilərin arasında media nümayəndələri də var. Ona görə də hesab edirəm ki, “ASAN Xidmət”də bunu dəqiqləşdirməlidirlər. Çünki belə dolaşıq halda həm nəzarət edənlər, həm də icraçılar müəyyən problemlərlə üzləşə bilərlər. Nazirlər Kabinetinin operativ Qərargahı çox aydın şəkildə yazıb ki, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları icazə almadan çıxa bilərlər. Ona görə də “ASAN Xidmət”dən verilən yanaşma doğru deyil. Çünki media işçisi bir gündə müxtəlif xəbərin dalınca gedə bilir, hansısa zəruri məlumatı dəqiqləşdirmək üçün qərargaha, obyektlərə, apteklərə, mağazalara gedə bilər. Həmçinin, aptek, mağazadan reportaj da hazırlamaq zərurəti yarana bilər. Ona görə də verilən “mağazalara gedəndə icazə alsınlar” şərhi yanlışdır. Belə bir həssas dönəmdə cəmiyyətin informasiya ilə təminatı, şayiələrin qarşısının alınması, maarifləndirmə üçün jurnalistlərin fəaliyyətinə maksimum şərait yaradılmalıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə məsələyə aşağıdakı kimi münasibət bildirib:

“Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyir ki, mətbuat nümayəndələrinin öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri tərk edən zaman icazə almaqlarına ehtiyac yoxdur, ancaq həmin şəxslər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxanda icazə almalıdırlar.

Doğrusu, neçə gündür ki, bir çox məsələlərlə bağlı nə baş verdiyini anlamağa çalışıram, amma sağlam məntiq beynimdən keçənləri bloklayır… Maraqlıdır, görəsən hörmətli Ceyhun Salmanov nə dediyinin fərqindədir? Əgər fərqindədirsə, nə demək istədiyinin hüquqi və məntiqi izahını versin. Əgər media nümayəndəsi öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri icazəsiz tərk edə bilirsə, o zaman onun yolüstü marketə, yaxud aptekə girməsinə nə mane olur?

Məsələn, təsəvvür edin, bizim redaksiyanın əməkdaşlarından biri marketlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl olunub-olunmaması ilə bağlı reportaj hazırlamaq üçün ərzaq məhsullarının satıldığı super, yaxud hiper ticarət obyektlərindən birinə daxil olur. Qeydlərini aparır və fürsət var ikən evinə ərzaq məhsulları almaq istəyir. Amma… birdən cənab Ceyhun Salmanovun açıqlamasını xatırlayır və qanunlara əməl edən məsuliyyətli bir vətəndaş kimi dərhal marketdən çıxıb iş yerinə və ya evə qayıdır, 8103-ə SMS yollayır, müsbət cavab aldıqdan sonra yenidən dönür marketə…”

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər