“Çox ciddi çətinliklər meydana gələ bilər” – Sabiq nazirdən əhaliyə ÇAĞIRIŞ












“Mən özüm ailəmlə birlikdə evdə oturub koronavirus pandemiyasının bitəcəyi günü səbrsizliklə gözləyirik. Bu bəlanın Azərbaycandan tezliklə yox olması üçün yalnız bir yolu var. Evdə oturmaq! Ölkə başçısı İlham Əliyev bu yöndə çağırışlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmək lazımdır”.

Bu sözləri açıqlamasında keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanov bildirib.

Sabiq nazir bütün ölkə vətəndaşlarına müraciət edərək bildirib ki, Operativ Qərargahın koronavirusla bağlı qəbul etdiyi qərarlara hamı riayət etməlidir:

“Bu qərarların icrası hansısa adamlar üçün deyil, bütün millət üçün xeyirlidir. Hər kəs evində oturmalı, bayırda səbəbsiz hərəkət etməməlidir. İnsanlar arasında yaxın təmas məhdudlaşdırmalıdır. Bu bəladan tezliklə yalnız belə yaxa qurtarmaq olar. Əks halda, Avropa ölkələrində, ABŞ-da olduğu kimi, vəziyyət getdikcə pisləşəcək. Görürsünüz ki, gündən-günə Azərbaycanda koronavirus xəstələrinin sayı artır. Xəstələrin sayı belə arta-arta çox ciddi çətinliklər meydana gələ bilər. Xəstəxanalarda yerlər çatışmaz, həkimlər çox ciddi problemlərlə üzləşəcərlər. Ona görə də bu virusun qarşısının alınmasında bir düzgün yol, çarə dövlətin müvafiq qurumlarının qəbul etdiyi qərarlara əməl etmək lazımdır. Mütləq hər bir vətəndaşımız bu istiqamətdə görülən tədbirləri başa düşməli, deyilənləri dinləməli və buna əməl etməlidir. Bu virusun sona çatdırılmasında başqa yol görmürəm”.

M.Mərdanov Prezident İlham Əliyevin bir başa rəhbərliyi altında koronavirus səbəbindən iqtisadi, sosial sahələr üzrə əziyyət çəkənlərlə bağlı vacib addımların atıldığını da bildirib:

“İnşallah, tezliklə bu bəla ölkəmizdən gedəcək, Azərbaycanımız daha da çiçəklənəcək. Vətəndaşlarımız xoşbəxt, firavan, sağlam ömür sürəcəklər”.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər